“Yevlax bələdiyyəsinin 2015-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 37 min manat borcu olub. Bu da əvvəlki illərdə seçilmiş sədrlərin bilavasitə məsuliyyətsizlyi ucbatından yaranıb.”- bu fikirləri Belediyye.infoya Yevlax bələdiyyəsinin sədri Elmi Səfərəliyev bildirib.
Onun sözlərinə görə, cənab Prezidentin mart sərəncamından sonra borca görə, yazılmış peniya qanunamüvafiq şəkildə cüzi ödəməklə silindi. Ancaq üç il ərzində 37 min manatlıq borcu bu gün çox çətinliklə 11 min manatadək azaltmışıq. Çətindir, ancaq istənilən halda ödəməliyik.
Elmi Səfərəliyevin sözlərinə görə, Yevlax rayonunun 29 bələdiyyəsindən hazırda 28-nin DSMF-yə borcu var, bu gün hər bir bələdiyyə sədrinin əsas məqsədi bu borcun silinməsinə çalışmaqdır. əlavə edim ki, yalnız Balcılı bələdiyyəsinin borcu yoxdur.
Sözsüz ki, borclar könhə borclar olsa da, sədrlərin məsuliyyətsizliyindən və təcrübəsizlyindən yaranıb.
Sədr bir məqamı da qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Yevlax bələdiyyələri ötən il büdcə gəlirlərini 2016-cı illə müqayisədə 32 faiz artıra bilib.
Ümumilikdə, 29 bələdiyyə 427 min manat maliyyə vəsaiti əldə edib.
Belediyye.info